"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Asif əsgərov bu gün növbəti “Abad həyət”in açlışını etdi və sakinləri dinlədi

--2018-10-03 / 16:01

Nəsimi rayonu H.Seyidzadə küçəsində “Abad həyət” layihəsi çəriçivəsində yeni məhəllənin açılış mərasimi keçirilib.

Müasir üslubda istifadəyə verilən “Abad həyət”də dörd yaşayış binası əsaslı şəkildə təmir edilmiş, blokların girişinə kodlaşdırılmış seyf qapı quraşdırılmış, onlarca gül kolları və “Eldar şamı“ əkilmiş, həyətin girişində isə söhbətkeşlə, yanaşı uşaq və gənclərin asudə vaxtının səmərəli keçirməsi üçün yerüstü şahmat quraşdırılmışdır.

Həyətdə səkilər yenidən qurulmuş, ağaclar budanmış, çoxsaylı oturacaqlar quraşdırılmış və uşaq atraksionları yerləşdirilmişdir.

Bununla yanaşı məhəllədə ilk dəfə olaraq müvafiq orqanların razılığı ilə 7 yerdə təhlküəsizlik kamerası quraşdırılmışdır.

Açılış mərasimində çıxış edən icra başçısı Asif əsgərov rayonun digər ərazilərindədə bu tipli layihənin icrasının bundan sonrada davam etdiriləcəyini bildirib. A.əsgərovun sözlərinə görə, son illər ərzində rayonda irili-xırdalı 90-dan artıq layihə icra olunub.

Açılış mərasimindən sonra Nəsimi icra Hakimiyyətinin başçısı Asif əsgərov səyyar qəbul keçirib və ərazidə yaşayan sakinlərin müraciətlərini dinləyib.

Qəbulda çıxış edənlər Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə, əhalinin rifahının yüksəldilməsinə, sakinlərin istirahətinin yaxşılaşdırılmasına yönələn tədbirlərə görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon icra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılıb və qaldırılan məsələlərin həlli istiqamətində addımlar atılıb.

Belediyye.info

ŞƏRHLƏR